“Heydər Əliyev İli” ilə əlaqədar Xocalı rayon İcra Hakimiyyətinin və Qarabağ regional təhsil idarəsinin Xocalı-Xocavənd təhsil sektorunun birgə təşkilatçılığı ilə 1 iyun “Uşaqların müdafiəsi günü” münasibəti ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Xocalı rayon üzrə fəaliyyət göstərən uşaq bağçası və körpələr evlərində müxtəlif səpgili tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlərdə uşaq bağçalarında tərbiyə alan uşaqların hazırladıqları maraqlı və əyləncəli kompozisiyalar, eyni zamanda rayonun mədəniyyət nümayəndələrinin hazırladıqları musiqi nömrələri nümayiş olunmuşdur. Xocalı şəhər 1 saylı uşaq bağçası və körpələr evi, Xocalı şəhər 2 saylı uşaq bağçası və körpələr evi, Xocalı rayon Meşəli kənd uşaq bağçası və körpələr evində təşkil olunmuş tədbirlərdə ümumilikdə 200 nəfər iştirak etmişdir. Tədbirə Uşaq bağçalarında təhsil alan azyaşlılar, təhsil müəssisələrinin pedaqoji kollektivi, vətən müharibəsi iştirakçılarının, şəhid və qazi övladları da cəlb olunmuşdur. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.